booked.net booked.net  

Ermənistan Mərkəzi Bankı Gürcüstanın “Bank of Georgia” bankının sahiblərinə “Ameriabank”ın satışı ilə bağlı razılıq verib.

Tezadlar.az "Armenia Today"a istinadən xəbər verir ki, Mərkəzi Bank bu qərarı Şuranın martın 29-da keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameribank"ın Baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan milyarder, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir. "Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.

Vardanyan isə hələki Bakıda DTX təcridxanasında separatçılığının əsl səbəbləri barədə ifadə verir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN