booked.net booked.net  

...Dünən Yevlaxın Aran qəsəbəsi ərazisindəki qanuni torpaq sahəsi ətrafında Aran Bələdiyyəsinin sədri Əbülfət Rzayevin yaratdığı problemlərdən canı boğazına yığılan fermer Nuru Sultanov "Təzadlar" qəzeti redaksiyasında oldu...

Əli Yevlaxın bəzi rəsmi qurumlarından üzülən fermeri təsərrüfatın hazırkı qayğılı vaxtında Bakıya şikayətə gəlməyə sövq edən problemlərlə bağlı onu diqqətlə dinlədik, təqdim etdiyi sənədlərini təhlil etdik... Açıq deyək ki, onun başına gətirilən oyunların realllığına inanmadıq. Ona görə ki, uzun illərdir Qaradolaq sortlu qoyun- quzu yetişdirməklə məşğul olan Nuru Sultanov ailəlikcə 30 ildən çoxdur bu torpaq ərazisində çalışır, hazırda isə 2037- ci ilədək torpağa icarə müqaviləsi sənədləri var hətta, Əmlak Komitəsi mütəxəssislərinin yerində xəritələşdirdiyi torpaq sahəsində həyatını həsr etdiyi qoyunçuluqla məşğuldur... İndi isə, özünün dediyi kimi, Kəlbəcərdən olan bir ailə ilyarımdır onun başına açmadığı oyun qalmayıb: "...Bütün bu problemlərin müəllifi Aran Bələdiyyəsinin sədri Əbülfəz Rzayevdir. Belə ki, mənim təsərrüfat sahəmə yaxın ərazidə Həşimovlar ailəsi məskunlaşıb, günəbaxan əkib- becərirlər... Bələdiyyə sədri onlara söz verib və iştirakım olmadan mənə məxsus torpaq sahəsini hərraca çıxarıb, gizli şəkildə.

710f2b9a-3fa7-4e60-9f90-0113a001e301

Necə ola bilər ki, məni və torpaq sahəmi yaxşı tanıyan, dəfələrlə ərazidə olan  bələdiyyə sədri bilmirdi ki, bu yer mənə məxsusdur??? Və qanuni sənədlərim, hər il torpaq icarəsinə görə ödədiyim pulları, qəbzləri sizə təqdim edirəm, bilən sədr qanundan xəbərsiz idimi? Hətta hərrac keçirirsə, formal olaraq, ilk növbədə mənə təklif edilməli idi... İndi Həşimovlara nə və necə söz veribsə, məni bu ailə ilə üz- üzə qoyub... Hətta Həşimovlar mənə zəng edib ölümlə hədələyirlər... İş o yerə çatıb ki, uzun illərdir əkdiyim yoncanı bir neçə gün əvvəl gəlib biçiblər ki, yonca bizimdir. Əllərində həmin əraziyə məxsus bir sənəd belə olmayan, yalnız bələdiyyənin qanunsuz və əsassız sözü ilə əkdiyim yoncanı daşıyıb aparmaq istəyirlər... Bu hansı qanuna və adamlığa sığır? Xahiş edirəm, rayona gəlin, məsələni yerində araşdırın, məhv olmaqda olan təsərrüfatımın dağılmasının qarşısını almaqda kömək edin. Axı mən bu damazlıq təsərrüfatı Azərbaycan üçün yetişdirirəm... Bu qoyun- quzu Azərbaycan bazarı üçündür. Hətta Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi səviyyəsində damazlıq təsərrüfatımı hər yerdə nümunə çəkirlər... İndi bir bələdiyyə sədri nəyinsə naminə günümüzü göy əskiyə büküb, ərazidə qan çanağı yaradıb...".

aea0b5df-274c-45be-bcba-63d0bf4a6587

Media olaraq bu gün Yevlaxda olduq... Yevlax rayon Prokurorluğunda, rayon Polis Şöbəsində, Aran qəsəbəsi Bələdiyyəsində, eləcə də mübahisə meydanına çevrilmiş təsərrüfatda olduq... Videokameramızın yaddaşında maddi məsul şəxslərin müsahibə və şərhləri var... Eləcə də adı çəkilən damazlıq təsərrüfatının çobanları ilə söhbət etdik... Danışılanlar acı təəssüf hissi doğurur. Doğrudanmı Yevlax rayon İcra Hakimiyyətinin rəhbərliyi üçün bu süni yaradılmış qalmaqallı hadisəni yerində araşdırıb həll etmək çətindir?! Yaxud, niyə kimlərsə yerlərdəki şikayətlərin paytaxta axışmasında maraqlıdır? 

Bu və ya digər suallara az sinra təqdim ediləcək videomüsahibələrdə cavab tapa biləcəksiniz...

"Təzadlar"ın Araşdırma Qrupu

3c013865-44a6-402d-bc31-c828a0e9a09a

9efe36d7-502a-42ff-9f4d-f7f4ed3c4ca3

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN