booked.net booked.net  

 Azərbaycanın aidiyyəti dövlət qurumları və hüquq mühafizə orqanları bu dələduzluğa da qarşı lazımi tədbirlər görməlidir…

Sosial şəbəkələrdə geniş yayılmış dələduzluq və fırıldaqçılıqlardan biri də peyda olub… Bir müddətdir ki, Prezident iİlham Əliyevin birbaşa çıxışından sui-istifadə yolu ilə və montaj edilərək Diệp Ngọc adlı sosial platforma istifadəçisi, əslində, fırıldaqçısı, Azərbaycan seqmentinə, daha dəqiq, Azərbaycan vətəndaşlarına kələk gəlmək istəyir.

 İstək diş altındadır, deyiblər. Bu dələduzun iştahı böyük ola bilər. Amma niyə bu fırıldaqçı avam və saxta təxəyüllü Ermənistanı, yaxud dünyaya haqsızlıq ifraz edən Fransanı… qoyub Azərbaycanı seçib? Axı o bilməmiş deyil ki, vaxtilə «Vahid Bank» adlı sınaq imtahanından keçən və o vaxt «2» alan, artıq aldanıb ziyana düşməyin nə olduğunu bilən Azərbaycan vətəndaşları çətin ki, bir də belə yalanlara aldansın.

Maraqlı budur ki, sosial platformalarda axtarış etdim, Azərbaycanın hüquq mühafizə orqanlarının bu məsələdə hansısa tədbirlər gördüyünün konkret şahidi olmadım. Düzdür, Daxil İşlər Nazirliyinin rəsmiləri müntəzəm olaraq əhaliyə müraciət edərək bu tip dələduzluqların qurbanı olmamalarını tövsiyyə edir. Bu maarifləndirmə baxımından çox yaxşı haldır. Lakin ən yaxşı hal bu dələduzluğun başında duran Diệp Ngọc kimi saxta sosial platforma fırıldaqçılarının izinə düşüb onları  elə bu saxtakarlıq məzarlığında da dəfn etməkdir!  

 Hesab edirəm ki, Azərbaycanın Dövlət təhlükəsizliyinə cavabdeh olan Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar mütəxəssisləri və əməkdaşları Diệp Ngọc-un kimliyini tezliklə ortaya qoyaraq Azərbaycan Prezidentinin adından sui-istifadənin və saxtakarlığın nə demək olduğunu bu fırıldaqçıya başa salacaqlar…

Asif MƏRZİLİ

P.S.Aşağıda bu saxtakar-cinayətkar Diệp Ngọc-un sosial platformalarda yadığı video-fırıldaqçılığını ifadə edən «məhsul»unun linkini təqdim edirəm ki, bunu görən Azərbaycan vətəndaşları onun toruna düşməsinlər…

https://www.facebook.com/100079026296163/posts/425163366794536/?mibextid=oFDknk&rdid=SLU7pGaO4X56MeTY

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN