booked.net booked.net  

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 27 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub...

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Dönərdən zəhərlənənlərin sayı isə 40 nəfərə çatıb.

Tezadlar.az bildirir ki, dünən adı çəkilən dönərxananın sahibi TV -lərə açıqlamasında bildirib ki, gün ərzində 200 dönər satıb. "Dönər toyuq ətindən olub və həmin əti bizə satan ticarət şəbəkəsi artıq müəyyənləşdirilib... Müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, Zaqatalanın aidiyyəti dövlət qurumları məsələni araşdırır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN