booked.net booked.net  

ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini “Xarici təsir” qanununa etiraz edənlərin məruz qaldığı fiziki hücumlarla bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

Tezadlar.az Gürcüstan XİN-ə istinadla xəbər verir ki, bu barədə ötən gün Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gündəlik brifinqində bildirib. O, ABŞ-ın qanun layihəsinə etiraz edənlərə qarşı fiziki təzyiqlərin artmasından xəbərdar olduğunu deyib. Sitat: “Biz qanun layihəsinə etiraz edənlərə qarşı əməllərə, qanun layihəsinin irəli aparılmasına dair fəaliyyətlərə görə dərin narahatlıq keçiririk. Biz vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki təzyiqlərin artması ilə bağlı xəbərlərin artmasından xəbərdarıq. Biz bunu qınayırıq və tam, müstəqil və vaxtında araşdırmaya çağırırıq”.

Miller ABŞ-ın Gürcüstanla 30 ildən çoxdur ki, əməkdaşlıq etdiyini və bunun davam etdirilməsini istədiyini qeyd edib. 

Bununla belə, Gürcüstanda siyasi qüvvələr arasında ABŞ-la əməkdaşlığa dair fikir ayrılığı var...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA