booked.net booked.net  

Paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin kanalı xəbər verir ki, məhkəmə Yeni Moskvanın Ostafyevo hava limanında helikopteri yandırmaqda ittiham olunan beş nəfəri həbs edib.

“Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Xamidulin S.D., Yamskov D.A., Bulgakov N.V., Moçalina A.A., Yakovets R.A.-ya qarşı 1 ay 29 gün müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib ”, - məlumatda deyilir.

İstintaq zamanı məlum olub ki, Stanislav Xamidulini Ukrayna xüsusi xidmət orqanları işə götürüb. O, internet vasitəsilə şəriklər tapıb, onlara pul vəd edib və bu cinayətkar qrupun rəhbəri olub. Daha sonra təqsirləndirilən şəxslər Yeni Moskvanın Ostafyevo hava limanına gəlib və orada helikopteri yandırıblar. Yanğın nəticəsində məhv edilib.

Operativ xidmətlər agentliyə aydınlaşdırıblar ki, söhbət Moskva Aviasiya Mərkəzindən yanğınsöndürən helikopterdən gedir.

Hər beş nəfərə mütəşəkkil dəstə tərəfindən külli miqdarda maddi ziyan vurmaqla törədilmiş terror aktı maddəsi ilə ittiham irəli sürülüb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA