booked.net booked.net  

Gürcüstanın paytaxtında hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı 63 nəfəri saxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə brifinqdə Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

“Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar”, - Daraxvelidze bildirib.

O, həmçinin qeyd edib ki, aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb.

Daraxvelidze bildirib ki, etirazçılar aksiyanın keçirildiyi ərazidən kənarda qanunsuz hərəkətlər edib, aprelin 30-da plenar iclasın keçirildiyi parlament binasının çıxışlarını bağlamağa, polisə müxtəlif əşyalar atmağa və bənddə nəqliyyatın hərəkətinə mane olmağa cəhd ediblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA