booked.net booked.net  

Roma Papası Fransisk Rusiya nümayəndələrinin iştirak etməsi şərti ilə İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda iştirak etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu pontifiklə əlaqə saxlayan Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.

Bir gün əvvəl İsveçrə prezidenti Viola Amherd Müqəddəs Taxt-tacın Ukraynadakı tədbirə dəvət edildiyini açıqlamışdı. Vatikan sülh konfransını çox dəstəkləyir, - o vurğulayıb.

Pontifiklə şəxsi ünsiyyətə istinad edən Sevastyanovun sözlərinə görə, Fransisk konfransda iştirak etməyə hazırdır, lakin bir şərtlə.

"Papa dedi ki, konfransa yalnız Rusiya dəvət olunarsa, gedəcək", - deyib.

Xatırladaq ki, iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə konfrans keçiriləcək. Tədbir Kiyevin təşəbbüsü ilə Vladimir Zelenskinin “sülh düsturunu” təsdiqləmək məqsədi daşıyır. Rusiya artıq “sülh sammitində” iştirak etməyəcəyini bəyan edib.

Eyni zamanda Rusiyanın Berndəki səfiri Sergey Qarmonin diqqəti Rusiyanın iştirakı olmadan Ukraynada nizamlanma ilə bağlı hər hansı söhbətin “mənasız və hər hansı bir perspektivdən məhrum” olduğuna diqqət çəkib. Onun sözlərinə görə, konfrans hazırkı formada “PR tədbirinə çevriləcək” və İsveçrə vergi ödəyicilərinin buna xərclədiyi pullar “boşa gedəcək”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN