booked.net booked.net  

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mənbə bildirib ki, təşkilat Ermənistanın maliyyələşdirməni dayandırmaq qərarından xəbərdardır.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, KTMT üçün yeni “xəbər deyil”. Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, bu qərar heç bir halda Ermənistanın təşkilatdakı statusuna təsir etmir.

“Bu, yeni xəbər deyil, biz bundan xəbərdarıq. Amma Ermənistan KTMT-nin üzvü olaraq qalır”, - mənbə bildirib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, İrəvan təşkilatı maliyyələşdirməyi dayandırmaq qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN