booked.net booked.net  

“Vətən uğrunda Tavuş” hərəkatının bir neçə min tərəfdarı Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədin birtərəfli qaydada delimitasiyası qərarına etiraz olaraq İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıb.

Aksiya yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanır.

Bu zaman bütün Respublika meydanı insanlarla dolu idi, onlara artıq Baqrat hərəkatının lideri arxiyepiskop Qalstanyan da qoşulmuşdu. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika yerləşdirilib.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da keçirilməsi planlaşdırılan etiraz aksiyası iştirakçılarının qanunsuz hərəkətlərinə qarşı xəbərdarlıq edərək, “konstitusiya quruluşunu təhdid edən istənilən qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə zərərsizləşdiriləcəyini” vəd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin aprelin 19-da verdiyi məlumata görə, Ermənistan və Azərbaycanın xüsusi komissiyaları əvvəllər səkkiz kənd arasında sərhədin müəyyən hissələrinin keçilməsi barədə razılığa gəliblər ki, bu hissələr “qanuni əsaslandırılmış respublikalararası sərhədə uyğunlaşdırılsın”.

Aprelin 20-dən başlayaraq Ermənistanda etirazçılar Gürcüstan və İrana gedən avtomobil yollarını bağlayıb, sərhəd ərazilərinin delimitasiyası və Azərbaycana verilməsi prosesinin dayandırılmasını tələb ediblər və mayın 4-dən etibarən Tavuş rayonundan İrəvana yürüşlə yola düşüblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA