booked.net booked.net  

Iqtisadiyyat Müsabiqəsinin Regional turunun qalibləri müəyyən olundu.
Bu turun Azərbaycan və rus dillərində imtahan verən qalibləri top 10 siyahısına öz adlarını yazdırmaq üçün 11 may tarixində Bakıda növbəti milli turda yazılı imtahan verərək yarışacaqlar. Top 10 siyahısına öz adını yazdırmağı bacaran şagirdlər elektron hədiyyələr ilə təltif olunacaqlar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O, vurğulayıb ki, ingilis dilində imtahan verən şagirdlər Yunanıstanın Afina şəhərində keçiriləcək beynəlxalq turda iştirak etmək üçün 11 mayda yazılı imtahan və 14 mayda olacaq intervyu mərhələlərində iştirak etməlidirlər.
"Yazılı və intervyu mərhələlərini uğurla keçən 5 şagird bu ilin sentyabrında Yunanıstanda təşkil ediləcək beynəlxalq turda iştirak etmək üçün seçiləcək", - deyə qeyd edib.
Deputat qalibləri təbrik edərək  siyahısını da təqdim edib:
1.Möhəbbət Xəlilov - Bakı, Bakı Britanya Məktəbi
2.Esma Babayeva - Bakı, Bakı Britanya Məktəbi
3. Əli Məmmədov - Bakı, Bakı Britanya Məktəbi
4.Səid Kazımlı - Bakı, Bakı Modern Məktəbi
5.Maqsud Süleymanov - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi
6.Cavid Abbasbəyli - Bakı, Bakı Britanya Məktəbi
7.Gülər Ənsərli - Şəki-Zaqatala, Oğuz şəhər Nail İbrahimli adına 3№-li məktəb-lisey
8.İsfəndiyar Xəlilzadə - Bakı, Sabunçu rayon 310 nömrəli tam orta məktəb
9.Mehdi Quliyev - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi
10.Cəmilə Rəhimzadə - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi
11.Nəzrin Süleymanova - Bakı, 160 nömrəli Klassik Gimnaziya
12.Anar Həsənov - Gəncə-Daşkəsən, Gəncə şəhər 32 nömrəli tam orta məktəb
13.Əli Zülfüqarov - Bakı, Rixard Zorge adına 90 nömrəli tam orta məktəb
14.İslam Əfəndiyev - Bakı, 72 nömrəli məktəb-lisey
15.Aysel Babayeva - Dağlıq Şirvan, Şamaxı rayon Ak. H. Hüseynov adına Çarhan kənd tam orta məktəbi
16.Zəhra Mehralızadə - Şirvan-Salyan, Şirvan şəhər E.B.Imanov adına 10 nömrəli tam orta məktəb
17.Rüfət Niftəliyev - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi
18.Nihad Həsənli - Bakı, Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb
19.Əli Zeynallı - Bakı, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb
20.Ayla Kərimova - Naxçıvan, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəb
21.Zakir Rzayev - Quba-Xaçmaz, Qusar rayonu professor Kərim Kərimov adına Hil kənd tam orta məktəbi
22.Rafiq Əhmədov - Şəki-Zaqatala, Şəki şəhər 18 saylı tam orta məktəb
23.Sehri Kazımova - Şəki-Zaqatala, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəb
24.Şəbnəm Osmanova - Şəki-Zaqatala, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəb
25.Həsən Əlizadə - Abşeron-Xızı, Sumqayıt şəhər Vaqif İbrahim adına 35 saylı tam orta məktəb
26.Səid Dünyamalızadə - Bakı, 27 nömrəli tam orta məktəb
27.Mirzə Seyidov - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi
28.İsrafil Məmmədov - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi
29.Günel Qasımova - Dağlıq Şirvan, İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-lisey
30.Nuray Mərdanova - Gəncə-Daşkəsən, Gəncə şəhər 32 nömrəli tam orta məktəb
31.Nurgül Qasımova - Şəki-Zaqatala, Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbi
32.Günəş Şabanova - Şəki-Zaqatala, Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbi.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN