booked.net booked.net  

Hər yerdə olduğu kimi, Bakıda da saxta araq düzəldərək qaz vurub qazan dolduranların həbsxanalara doldurulması siyasəti davam edir, amma...

belə ki, ötən gün polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.

Müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib. Tədbirlərin davamı olaraq adı çəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib.

Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb.

Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib. Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onları hansı cəza gözləyir, bu müstəntiqin peşəkarlığından və prinsipiallığından, bir də məhkəmənin ədalətindən asılıdır. Amma vacib olan budur ki, bu adamların əməlləri ictimai təhlükəliliyin əsasını təşkil edir. Ona görə də insan ölümünə və sağlamlığına ciddi təhlükə yaradanlara layiq olduqları cəza verilməlidir! Əgər qalanlara dərs olacaqsa, bu yaxşı sonluqdur...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA