booked.net booked.net  

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Baş nazir İrakli Kobaxidze ilə telefon danışığında Gürcüstandakı son hadisələri müzakirə edib.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə avropalı siyasətçi sosial şəbəkədə bildirib. “Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələr müzakirə etdim və Aİ-nin öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyini təsdiqlədim”, – deyə Mişel qeyd edib. Onun sözlərinə görə, “Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır” və ölkənin “həqiqi dialoqa ehtiyacı” var. “Gürcüstanın gələcəyi Aİ-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın”, – deyə Aİ Şurasının Prezidenti vurğulayıb.
Baş nazir İrakli Kobaxidze də sözügedən telefon danışığı ilə bağlı sosial hesabında paylaşım edib.
O bildirib ki, telefon danışığı zamanı əsas müzakirə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi olub: "Mən Avropa Şurasının prezidenti Şarl Mişellə “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri barədə müzakirə apardım. Təəssüf hissi ilə bildirdim ki, çoxsaylı təkliflərə baxmayaraq, tərəfdaşlar "Şəffaflıq haqqında" qanun layihəsi ilə bağlı substantiv müzakirədən yayınırlar. Bundan əlavə, qeyd etdim ki, indiyədək biz sözügedən qanun layihəsinə qarşı heç bir arqument eşitməmişik. Mən Avropa Şurası prezidentinin diqqətini ona yönəltdim ki, xaricdən maliyyələşən təşkilatlar 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhddə fəal iştirak ediblər", - deyə İrakli Kobaxidze qeyd edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN