booked.net booked.net  

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının bu il 45 illik yubileyi tamam olur.

Yubiley çərçivəsində kitabxana gördüyü işlərə yekun vuraraq onları oxuculara təqdim edir.

Xəbər verdiyimiz kimi, 2018-ci ildən kitabxanada “Kitabxanaya kitab hədiyyə edirik” davamlı layihə həyata keçirilir. Lahiyə haqqında silsilə videoçarxlar hazırlanacaq.

 İlk videoçarxada M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova, AYB-nin və AJB-nin üzvü, Şərqdə Azərbaycan dilində “Divan” kitabı yazan ilk qadın şair, yazıçı-publisist Gülarə Munis, Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, AYB-nin üzvü, Prezident təqaüdçüsü, yazıçı-tədqiqatçı Ramiz Dəniz, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarova, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının kitabxanaya hədiyyə etdiyi kitablar haqqında məlumatlar verilmişdir.

Videoçarx aşağıdakı keçiddə verilib: https://www.youtube.com/watch?v=nNT78mOL0rE

Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN