booked.net booked.net  

Türkiyənin turizmdən əldə etdiyi gəliri 2024-cü ilin ilk rübündə 8 milyard 784 milyon 800 min dollara çatıb.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin 2024-cü ilin birinci rübü üzrə turizm statistikası üzrə açıqlamasında qeyd edilib.

 Cari ilin yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə ölkənin turizm gəlirləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 8 milyard 784 milyon 800 min dollar olub.

Turizm gəlirlərinin 21 faizi xaricdə yaşayan Türkiyə vətəndaşlarından əldə edilib.

 Qeyd edək ki, Türkiyə sağlamlıq turizmində də mərkəz ölkəyə çevrilib.

Ölkənin Ticarət Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib ki, Türkiyə tibbi turizmə üstünlük verən ölkələr arasında yeddinci yerdədir.
Ötən il təxminən 1 milyon 400 min insan sağlamlıq turizmi mövzusunda Türkiyəyə üstünlük verib.
Səhiyyə xidməti ixracatı 2 milyard 300 milyon dollara çatıb.

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN