booked.netbooked.net booked.net  

İran prezidenti son günlər baş verən hadisələrlə bağlı sərt danışıb...

Tezadlar.az İRNA agentliyinə istinadla xatırladır ki, "İrana və İran maraqlarına qarşı ən kiçik addım belə sərt, geniş və ağrılı cavabla qarşılanacaq", -deyən İran Prezidenti İbrahim Rəisi əlavə edib ki, İran öz maraqlarına zidd olan istənilən hərəkətə cavab verəcək. Sitat:  “Biz qəti şəkildə bildiririk ki, İranın maraqlarına qarşı ən kiçik addıma belə, şübhəsiz sərt, geniş və ağrılı cavab veriləcək”.

İran xarici işlər nazirinin müavini Əli Baqeri Kani isə yerli media ilə söhbətində deyib ki, İsrailin hər hansı hərəkətindən sonra Tehranın əks-hücumları “işgəncə mövzusu olacaq və İran cavabını daha 12 gün gözləməyəcək”.

Xatırladaq ki, ötən gün İsrailin Hərbi Nazirlər Kabineti İrana cavab zərbəsi endirmək variantlarını müzakirə edib. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Hertz Halevi bildirib ki, ölkə İranın raket və dron hücumlarına cavab verəcək. Aprelin 1-də isə İsrailin Suriyadakı İran konsulluğuna hücumuna cavab olaraq İran şənbə günü gecə İsrail istiqamətində yüzlərlə pilotsuz təyyarə və raket atıb.

Bölgədə hərbi-siyasi gərginlik isə davam edir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN