booked.netbooked.net booked.net  

Ötən gün Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib...

Tezadlar.az bildirir ki, 71 kq çəkili olan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı zəlil günə qoyub. Belə ki, sonda bu döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb. Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq. Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.

İdmançımıza uğurlar arzulayırıq. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN