booked.netbooked.net booked.net  

 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsində Dağıstanın yazıçıları da iştirak edir...

 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın layihəsində Dağıstan Respublikasının yazıçıları da iştirak etməkdən məmnundurlar.

“Təbiətə valeh olanlar” layihəsində iştirak edən yaradıcı insanlar flora və faunaya, qoruqlara, sulara və onların qorunmasına, faydalı qazıntıların qənaətlə istifadə olunmasına, ətraf mühitin və torpağın qorunmasına çağıran əsərlər təqdim edirlər. Uşaq və yeniyetmələr üçün “Orlyonok-Dağıstan” («Орлёнок-Дагестан») respublika qəzetinin məsul katibi, Rusiya Yazıçılar İttifaqının üzvü, yazıçı Lyubov Ostrevnayanın “Təmbəl və çay” nağılında oxucular Avar Koysusu çayının sahilindəki Hebda aylunun sakinləri üçün narahatlıq keçirirlər. Çay təmbəl oğlan Kohaldan inciyərək sürətli axınını dayandırandan sonra bataqlıqlar yaranır və bunun nəticəsində insanlar malyariya xəstəliyindən əziyyət çəkir.

Müəllif nağılda iqlimin dəyişməsinin ətraf mühitə mənfi təsirini göstərir. O, əməksevərliyə və insan kimi küsə bilən təbii sərvətlərə, dağlara, ağaclara, çay və dənizlərə qayğı ilə yanaşmağa çağırır. Nağılçının insanlara daha bir tövsiyəsi – nəfəs aldığınız havanın qayğısına qalmaqdır.

https://drive.google.com/file/d/1ZbEBz3H3wMNz0sJwY7ZiNASLrKvH7iY9/view?usp=sharing oxucular nağılı oxuya bilər.

Yasəmən Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN