booked.netbooked.net booked.net  

"Crocus City Hall"a edilən  terror hücumu nəticəsində ölənlərin sayı artıb və hazırda 140 nəfərə çatıb: vəziyyəti son dərəcə ağır olan yaralı bu gün dünyasını dəyişib.

Bu gün RF səhiyyə naziri onun ölüm xəbərini verib.

 Mixail Muraşkonun sözlərinə görə, o, xəstəxanada dünyasını dəyişib. Qurum rəsmisi vurğulayıb ki, həkimlər onun xilası üçün bütün tədbirləri görüblər.

 Bundan əlavə, Səhiyyə Nazirliyinin rəhbəri xəstəxanalardan hələ də evə buraxılmayan yaralılar olduğu barədə də məlumat verib. Hazırda Moskva və Moskva vilayətindəki xəstəxanalarda 74 nəfər böyük, 6 uşaq müalicə olunur.

 Nazir, həmçinin qeyd edib ki, dörd yaralının vəziyyəti hələ də son dərəcə ağırdır. 16 nəfər böyük və 3 uşağın vəziyyəti isə orta ağır qiymətləndirilir.

 "Əməliyyat məlumatlarına görə, 205 zərərçəkmişə ambulator yardım göstərilib. 76 zərərçəkən artıq həkim nəzarəti altında xəstəxanalardan evə buraxılıb. Daha 23 zərərçəkənin stasionar müalicəsi başa çatıb və evə buraxılmağa hazırlaşır",- Muraşko qeyd edib.

 Qeyd edək ki, bu gün səhər saatlarında RF-nin fəlakət tibb Mərkəzi faciənin 360 zərərçəkəni olduğunu bildirib. Məlumata görə, yaralıların çoxu fövqəladə vəziyyətdən sonra şokda olublar, ona görə də onlar yalnız bir neçə gündən sonra kömək üçün müraciət ediblər. Buna görə də zərəçəkənlərin sayında kəskin artım baş verib.

Xatırladaq ki, martın 22-də  Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror hadisəsi törədilmişdir. Artıq terror aktında şübhəli bilinən şəxslərdən saxlanılanlar var.

Əlavə edək ki, “Müslüm Maqomayev adına Crocus City Hall” konsert zalı Moskva Dairəvi yolunun 67-ci km-in yaxınlığında - Myakinino metrostansiyasının yanında yerləşir. Zal 2009-cu ildə iş adamı Araz Ağalarov tərəfindən açılıb. Zalın standart tutumu 6200, maksimumu 9500 nəfərlikdir.

 

Y.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN