booked.netbooked.net booked.net  

Sorğuda iştirak edən Litva vətəndaşlarının əksəriyyəti hesab edir ki, Rusiya ölkə üçün milli təhlükəsizliyə təhdiddir.

Tezadlar.az xəbər verir ki, bu, LRT-in sifarişi ilə keçirilən sorğunun nəticəsidir.

Araşdırmaya görə, respondentlərin 70%-i Rusiyanın milli təhlükəsizliyə real təhlükə yaratdığını bildirib. Onların 29%-i “mütləq bəli”, 41%-i isə “daha ​​çox bəli” cavabını verib.

Sorğu iştirakçılarının dörddə biri bildirib ki, onlar Moskvanı təhlükə hesab etmirlər. Digər 19% suala cavab verməkdə çətinlik çəkib və ya cavab vermək istəməyib.

Mətndə deyilir ki, sorğu 15-25 mart tarixlərində keçirilib və 1115 respondenti əhatə edib.

Bundan əvvəl İpsos mərkəzi tərəfindən aparılan sosioloji sorğu göstərdi ki, Polşa sakinlərinin 40%-dən çoxu Rusiyanın yaxın bir neçə il ərzində öz dövlətlərinə “hücum”unu real təhlükə hesab etmir. Eyni zamanda, respondentlərin 12%-i hesab edir ki, “hücum” baş verməlidir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN