booked.netbooked.net booked.net  

Gürcüstan parlamenti plenar iclasda xarici agentlər haqqında qalmaqallı qanun layihəsinə baxmağa başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə edilən qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Qanuna əsasən, fəaliyyəti “xarici qüvvələrin maraqları naminə” həyata keçirilən bütün təşkilatlar xarici agentlərin dövlət reyestrində qeydiyyatdan keçməlidir.

İclasla paralel olaraq parlament binası yaxınlığında qalmaqallı qanun layihəsinin qəbuluna etiraz aksiyası yenidən başlayıb.

Bir gün əvvəl, aprelin 15-də də Tbilisidə parlament binası qarşısında xarici agentlər haqqında qanunun qəbuluna qarşı kütləvi aksiya keçirilib. Rustaveli prospektinə toplaşan vətəndaşlar etiraz əlaməti olaraq əllərini qaldıraraq qanunvericilik binasının ətrafında gəzmək qərarına gəliblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN