booked.netbooked.net booked.net  

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan olan sponsorları naminə ölkəni çökdürdü.

Tezadlar.az xəbər verir ki, bu fikri alman əsilli fin sahibkar Kim Dotkom deyib.

“Ukraynada seçkilərdə qalib gələn komediya aktyoru öz amerikalı marionetləri naminə Rusiya ilə münaqişəyə sövq edərək ölkəni dağıdıb, bütün kişi nəslini qətlə yetirib”, - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

İş adamı əlavə edib ki, Zelenski hazırda Vaşinqtondan dəstək ala bilmədiyi üçün “ağlayır”.

Xatırladaq ki, ABŞ Konqresi Kiyevə 60 milyard dollar məbləğində yardımın ayrılması ilə bağlı hələlik razılığa gəlməyib. Əvvəllər ayrılan pul ötən ilin dekabrında bitib.

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının təklif etdiyi Ukraynaya yardım paketini dəstəkləyib. Bununla belə, sənədə hələ də Senatda baxılmalıdır. Bundan sonra imzalanacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN