booked.netbooked.net booked.net  

NATO koordinasiya və Ukraynaya silah göndərmək üçün yeni missiyanın təşkili fonunda münaqişəyə doğru sürüşür.

Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.

Macarıstanın baş naziri xatırladıb ki, alyans əvvəllər Ukraynaya hərbi qulluqçuların göndərilməsi məsələsini qaldırmışdı, lakin indi alyans üzvlərinin pullarından istifadə etməklə silahların hazırlanması və göndərilməsini koordinasiya etmək üçün yeni missiya təşkil olunur.

“NATO da bu müharibəyə girir”, - o vurğulayıb.

Viktor Orban Macarıstanın əsas vəzifəsi hesab edir ki, kənarda qalmağa davam etsin. O xatırladıb ki, Budapeşt Ukrayna və Rusiya arasındakı toqquşmanı “iki qardaş slavyan xalqı” arasında münaqişə hesab edir. Eyni zamanda, Brüssel hesab edir ki, bu, onların münaqişəsidir.

Baş nazir əlavə edib ki, münaqişəyə heç bir tərəfdən qarışmamağı zəruri hesab edir.

Əvvəllər Viktor Orban dəfələrlə bəyan edib ki, NATO ölkələri Rusiyanın hücumu ilə təhdid edilmir, lakin Ukrayna bufer zonaya çevrilsə, daha yaxşı olar.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN