booked.netbooked.net booked.net  

Ukrayna hakimiyyəti ölkə üzrə 340-dan çox yaşayış məntəqəsinin adını dəyişməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, bu barəda məlumat Ali Radanın saytında yer alıb.

Söhbət adları hər hansı şəkildə Rusiya ilə bağlı olan və ya Ukrayna dili standartlarına cavab verməyən qəsəbə və ərazilərin adlarının dəyişdirilməsindən gedir.

"Ali Rada Komitəsi artıq 340 təklifə baxıb", - Ukrayna parlamentinə istinadən xəbər verilir. Təsdiq olunarsa, 7 rayon, 15 şəhər, 54 qəsəbə, 267 kəndin adları dəyişdiriləcək. “Onların heç də hamısı tarixi şəxsiyyətlərin adını daşımır”, - ekspertlər vurğulayırlar.

“Qara siyahı”nın yaradılması altı ay çəkəcək.

Yerli hökumətlər və hərbi idarələr öz təkliflərini verməlidirlər. Bundan əlavə, Ukrayna Milli Xatirə İnstitutunun tövsiyələri də nəzərə alınacaq.

Jurnalistlər yaşayış məntəqələrinin adlarının necə dəyişə biləcəyinə dair misallar veriblər. O cümlədən, Odessa vilayətinin Nadejdovka kəndi Şampan, Roşça kəndi isə Yeni Paris adlandırılacaq.

Xatırladaq ki, 2015-ci ildə Ukrayna dekommunizasiya deyilən qanun qəbul edib. Artıq doqquz ildir ki, sovet tarixi ilə bağlı “abidələrə və topoqrafik adlara qarşı müharibə” gedir. Rusiya xadimlərinin abidələri sökülür, küçələrin adları dəyişdirilir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN