booked.netbooked.net booked.net  

2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10.3 faiz artaraq 3.2 milyard kub metr olub. Avropa ilə yanaşı Türkiyəyə 2.3, Gürcüstana isə 0.9 milyard kub metr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6.4 milyard kub metr olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycanda 12.6 milyard kub metr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard kub metr çoxdur.
"Bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib", - deyə o, qeyd edib.
Vüqar Bayramov növbəti dövrdə Azərbaycanın Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox ölkələrə qaz nəql edəcəyini də vurğulayıb. 
Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir", - iqtisadçı ekspert deyib.
Y.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN