booked.netbooked.net booked.net  

“Biz bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlamışıq.

Bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq”.

TEZADLAR.AZ xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən “Qarabağda dayanıqlı inkişaf” mövzusunda paneldə bildirib.

“2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”, - deyə A.Kərimov vurğulayıb.

A.Kərimov bu günədək Şuşada 196 abidə bərpa olunduğunu da əlavə edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN