booked.netbooked.net booked.net  

Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və

ölkənin paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər. Tezadlar.az "Qırğızıstan həqiqətləri" portalına istinadla xatırladır ki, ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat mərkəzi məlumat yayıb. Sitat: "Əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi müəyyən edilib. Onların Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə yaratması ilə əlaqədar, həmçinin hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən Azərbaycanın dövlət qurumlarının müraciəti əsasında Manas Beynəlxalq Hava Limanı (Bişkek) ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir.

Məlumatda o da qeyd olunur ki, martın 20-də Azərbaycanın beş vətəndaşı cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək, o cümlədən cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət – sifarişli adam öldürmək məqsədi ilə Qırğızıstana gedib. Qırğızıstan tərəfinin fikrincə, onların hamısı transmilli mütəşəkkil cinayətkar qrupun üzvləridir və mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə iştirak edirlər. Hazırda onların digər cinayətlərdə iştirak edib- etməmələri araşdırılır.  

Azərbaycan DİN- nin mətbuat Xidmətinin yaydığı məlumatlarda da bu faktlar təsdiqini tapıb. Həbs edilənlərin dindirilməsi və məlum cinayəti kimlərin sifarişi ilə etmək istədiklərinin öyrənilməsi davam etdirilir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN