booked.netbooked.net booked.net  

İndi dələduzluğun bir forması da ortaya çıxıb...

Elə bu səbəbdən "Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq", - deyə, Dövlət Sosial Müdafiə Fondu ünvanlı sosial yardımın düzəldilməsi ilə bağlı yaranmış bəzi problemlərlə bağlı vətəndaşlara müraciət edib. 

Müraciətdı o da deyilir ki, Fond tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmaq tövsiyə edilib: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir. Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir. Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir”.

O da bildirilib ki, istənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər. Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

Odur ki, vətəndaşlar sənədlər toplayanda ən azı Fondun rəsmi nümayəndələrinə müraciət edərək məsləhət ala bilərlər ki, sonradan oxşar dələduzlara rast gəlməsinlər.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN