booked.netbooked.net booked.net  

“Gürcü arzusu”nun Rusiya qanununu qəbul etməsinə imkan verməyəcəyik! - Rusiya qanunu “Gürcü arzusu” hökumətinin vətəndaşların səsini əlindən almaq, müstəqil medianı məhv etmək,

vətəndaş cəmiyyətini susdurmaq və cəmiyyətin ən fəal hissəsini ictimai proseslərdən kənarlaşdırmaq üçün növbəti cəhdidir. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə bir sıra media qurumlarının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı yaydığı bəyanatda qeyd olunub. Bəyanatı imzalayan təşkilatlar “Gürcü arzusu” hökumətinin “Rusiya qanunu”nu parlamentdə müzakirə etmək planını pisləyir və bildirirlər ki, Gürcüstan hökuməti “Rusiya qanunu”nu geri qaytarmaqla özünün zorakı mahiyyətini bir daha nümayiş etdirib.

Bəyanatda bildirilir ki, bu qanunla biz sürətlə avtoritarizmə, insan həyatının və ləyaqətinin çöp qiymətinə satıldığı, korrupsiya və qohumbazlığın, zülm və soyğunçuluğun hökm sürdüyü Rusiya qanunlarına keçirik.

Rusiya mediasından hələki həmkarlarının bu bəyanatına reaksiya yoxdur. Amma sosial mediada reaksiyalar vardır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN