booked.netbooked.net booked.net  

Nəhayət, ölkə prezidenti əsəbi hakda deyib: ""Gürcü Arzusu” Avropaya yenidən yox dedi,  “Gürcü Arzusu” bizim Avropa yolumuzu və gələcəyimizi sabotaj etməklə məşğuldur”.

Tezadlar.az xəbər verir ki, bu sözləri Prezident Salome Zurabişvili, “Xarici agentlər haqqında” qanun layihəsinin yenidən parlamentə təqdim edilməsinə münasibət bildirərkən deyib. Xüsusi brifinq keçirən Zurabişvili bildirib ki, “Gürcü arzusu” öz mövqeyini çox aydın şəkildə ortaya qoyub: “Gürcü Arzusu” bugünkü 9 tövsiyədə yazılanlar, sabahımızı və üzvlük danışıqlarının açılmasını müəyyən edən bütün mümkün məsələlərdə Avropaya yox dedi. Bunlar, bütün bu istiqamətlərdən açıq şəkildə imtina etdi. Biz Avropadan bir növ başlanğıc aldıq və bu gün “Arzu” yolumuzu və gələcəyimizi sabotaj etməklə məşğuldur. Ağlıma gələn tək söz təxribatdır. Bu sələmçiliyə, bu kobudluğa və Gürcüstana qarşı Rusiya qanunu və Rusiya istiqaməti adlandırılan bu çox böyük təhqirə cavab yalnız birdir - bu da, bizim Avropa səsimizi seçkilər vasitəsilə söyləməkdir”, - deyə prezident vurğulayıb.

Prezident, həmçinin “Gürcü arzusu”nun “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olması qərarından danışıb və qeyd edib ki, artıq hökumətdə nə milli, nə də Avropa ilə bağlı heç nə yoxdur. Məlumat üçün bildirək ki, hakim “Gürcü Arzusu” partiyası “Xarici agentlər haqqında” qanunu yenidən parlamentə təqdim edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN