booked.netbooked.net booked.net  

Paytaxt Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz olaraq yenidən aksiya başlayıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə parlament binasının qarşısına toplaşmış nümayişçilər hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər. Aksiya iştirakçıları bir neçə dəqiqə əvvəl parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiyada olan “Axali” partiyasının liderlərindən biri Nika Qvaramiya vətəndaşları Parlament binasının girişinə doğru hərəkət etməyə çağırıb. Bu zaman, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında gərginlik yaranıb.
 Xatırlatmaq istərdik ki, bu gün keçirilən plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bu isə ictimai narazılığa səbəb olub. Narazılar kütləvi etirazlara başlamaqla qanun layihəsinin qəbulunu dayandırmaq istəyirlər. Ölkə prezidenti də faktiki olaraq bu müzakirələrin əleyhinədir. Həbsdə olan eks- prezident Mixail Saakaşvili də aksiyaçılara müraciət edərək iradəli olmağı xahiş edib.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN