booked.netbooked.net booked.net  

"QHT-lər Gürcüstanda iki dəfə - 2021 və 2022-ci illərdə inqilaba cəhd göstəriblər".

Tezadlar.az xatırladır ki, Baş nazir İrakli Kobaxidze belə bir açıqlama verib. O, Avropa Parlamentinin ötən gün Gürcüstana qarşı qətnaməsinin dəyərsiz olduğunu və şantaj mahiyyəti daşıdığını əlavə edib. Qeyd edib ki, Gürcüstanın Aİ ilə vizasız rejimin ləğvi, sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması, Bidzina İvanişviiyə sanksiyaların tətbiq edilməsi kimi çağırışların heç bir dəyəri yoxdur. Kobaxidze Gürcüstanın tərəfdaşlarının Gürcüstan rəsmiləri və xalqı ilə şantaj dili ilə danışmamalı olduğunu əlavə edib: “Viza prosedurlarının sadələşdirilməsi hökumətin və Gürcüstan xalqının nailiyyətidir. Rəsmilərlə və Gürcüstan xalqı ilə belə şantaj dilində danışmaq yerinə, məsələn, ABŞ Gürcüstanda vizasız rejimin tətbiqinə çalışmalıdır”, - deyə Kobaxidze vurğulayıb.

Onu da xatırladaq ki, ötən gün Avropa Parlamenti hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə qətnamə qəbul edib. Bu qərar Gürcüstanda baş nazirin komandasını məyyus edib...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN