booked.netbooked.net booked.net  

Kitabxanaya görkəmli alim Paşa Kərimov haqqında xatirə essesi təqdim olundu...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində yazıçı, publisist, AYB-nin və AJB-nin üzvü,  M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, M.Ş.Vazeh adına Mərkəzi  Kitabxananın Fəxri oxucusu Xanım Mehdixanlı “Xatirələrdə qalan ömür” essesini təqdim etdi.

Yazı filologiya elmləri doktoru, ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, YUNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini Paşa Kərimovun əziz xatirəsinə həsr olunub.

Müəllif alimin həyat və yaradıcılığına qısa ekskurs edərək, qeyd edir ki, P.Kərimov böyük tədqiqatçı alim olmaqla yanaşı, həm də böyük insan idi. O, qısa və şərəfli ömr yaşamış insanlardan idi. Alim milli-mənəvi sərvətlərimiz olan nadir kitabları bir çox ölkələrin kitabxanalarında, habələ oradakı şəxsi kitabxanalarda aşkar edərək nüsxələrini Azərbaycana gətirməyə nail olmuş və bununla da ədəbiyyat xəzinəmizi daha da zənginləşdirmişdir.

Sonda müəllif qeyd edir ki, dəyərli alimimiz Paşa Əli oğlu Kərimov “Evdən deyil, eldən gedənlərdən  oldu”.

Xatirə yazısı aşağıdakı keçiddə yerləşdirilib https://drive.google.com/file/d/11FfkhGNuBYy14RuKe_U3YOy5C6GjDJgz/view?usp=drivesdk  

Y.Məmmədli                 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN