booked.netbooked.net booked.net  

Amerikalı iş adamı və milyarder, SpaceX-in qurucusu İlon Mask hesab edir ki, onun şirkəti insanları 5 il ərzində Aya, 7-9 il ərzində isə Marsa çatdıra biləcək.

“Düşünürəm ki, Marsa əvvəlcə insan olmadan ilk Starship (ulduz  gəmisi), bəlkə beş il ərzində enəcək... Fikirləşirəm ki, beş il ərzində insanları Aya çatdıracağıq... Marsa isə ilk insanları, məncə, yeddi ildən doqquz ilə qədər müddətdə,” – deyə Musk X sosial şəbəkəsinə verdiyi müsahibədə deyib.

O, həmçinin qeyd edib ki, insanlar 2 planetdə ola bildikdən sonra başqa planetlərlə yanaşı, digər sistemlərə də çata biləcəklər.

Mask, həmçinin hesab edir ki, bəşəriyyət müxtəlif planetlərdə yaşayarsa, onun sağ qalmaq şansı daha yüksəkdir.

Daha əvvəl Mask bəyan etmişdi ki, Marsı koloniyalaşdırmaq üçün ən azı bir milyon insan və bir neçə milyon ton yük tələb olunur və onu 20 il ərzində Qırmızı Planetə çatdırmağı mümkün hesab edir.

 Sahibkarın sözlərinə görə, Marsın kolonizasiyası layihəsi hazırda sıradakı ən son model olan “Starship 3” raketində həyata keçiriləcək.

Mask qeyd edib ki, Marsa missiyalar təxminən iki ildən bir həyata keçiriləcək.

Sahibkar, həmçinin Marsın kolonizatorlarının əksəriyyətinin Yerə qayıtmaya biləcəyini vurğulasa da, geri qayıtma ehtimalının təmin edilməli olduğunu da qeyd edib.

Sentyabrda isə SpaceX-in rəhbəri 15 il ərzində Marsda inkişaf edən bazanın olacağına ümid etdiyini də bildirib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN