booked.netbooked.net booked.net  

Aprelin 10-da səhər saatlarında Özbəkistanda ictimai nəqliyyat pulsuz fəaliyyət göstərəcək.

Belə ki, Özbəkistan hökumətinin göstərişi ilə aprelin 10-da səhər saatlarında Özbəkistanın bütün bölgələrində ictimai nəqliyyat pulsuz fəaliyyət göstərəcək.

Ramazan bayramı günü, aprelin 10-da Özbəkistanın bütün bölgələrində ictimai nəqliyyat saat 4:00-dan 10:00-a qədər pulsuz fəaliyyət göstərəcək.

Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Toşşəhərtransxizmat” şirkətindən bildirilib ki, müəyyən olunmuş vaxtda paytaxtda avtobuslar pulsuz xidmət göstərəcək.

Metronun mətbuat xidmətindən verilən məlumata görə, bu saatlarda Daşkənd metrosunda da gediş pulsuz olacaq.

Bundan əvvəl bildirilib ki, Daşkənddə həmin gün metro və avtobuslar saat 4.00-dan fəaliyyətə başlayacaq.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN