booked.netbooked.net booked.net  

“Qəzzada zülm və soyqırım dayanmayınca bölgəmizin yeni gərginliklərə hamilə olduğu aydındır” - Türkiyə Prezidenti

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti iclasının yekunlarına dair brifinqdəki çıxışı zamanı İran -İsrail-Qəzza münaqişələrinə də münasibət bildirib.

Ərdoğan vurulayıb ki, İranla yaşanan gərginliyə tək məsul şəxs İsrailin baş naziri Binyamin Netanyahudur.

  “Qəzzada zülm və soyqırım dayanmayınca bölgəmizin yeni gərginliklərə hamilə olduğu aydındır. Düz 193 gündür bütün dünyanın gözü qarşısında Qəzza zolağında soyqırım törədən və ictimai təzyiqi azaltmaq üçün hər cür küstahlıq nümayiş etdirən Netanyahudan başqası deyil. Aprelin 13-nə keçən gecə ürəyimizi ağzımıza gətirən gərginliyin - İranın İsrailə hava hücumunun əsas səbəbi Netanyahu və onun qaniçən administrasiyasıdır. Türkiyə, xüsusilə son 2 gündə Qəzzadakı qırğınları arxa plana keçirməmək üçün danışıqları artırıb. Alova yanacaq tökmək və Netanyahu rejimini ərköyünləşdirmək heç kimə xeyir gətirməyəcək”, -deyə Türkiyə Prezidenti R.T.Ərdoğan bəyan edib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN