…Rusiya siyasi elitasının aparıcı fiqurlarından biri,  Rusiya Parlamentində 3-cü böyük fraksiya rəhbəri olan Vladimir Jirinovskinin Azərbaycanla bağlı söylədiyi qalmaqallı fikirlərin ardınca, Azərbaycan rusiyaya Nota verdi.

Dünən isə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağrıldı. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və Azərbaycanın etirazı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Qeyd edək ki, Azərbaycanın siyasi elitası da Jirinovskinin məlum açıqlamısını sərt qınamaqdadır. Amma o fikirlər də səslənir ki, Jirinovski özbaşına deyil, onu dilləndirənlər var. Bütün hallarda, Rusiya Dumasında təmsil olunan və xüsusi çəkisi olan bir partiya sədrinin sayıqlamasını da başa düşmək lazımdır. Bəs onu dilləndirən və danışdıran kimdir, yaxud kimlərdir? Yəqinki Rusiyanın siyasi rəhbərliyi bu dəfə də bəyan edəcək ki, Jirinovski adi bir partiya sədridir, onun fikirləri Rusiya dövlətinin rəsmi mövqeyi deyildir. Belədirsə, lap yaxşı. Bəs onda ictimai fikrə təsirsiz ötüşməyən belə çağırışların qarşısı niyə alınmır? Axı bu birinci hal deyil…

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA