NETANYAHUNUN TRAMPIN İNAUQURASİYASINA GEDƏCƏYİ GÖZLƏNİLİR, LAKİN MƏHKƏMƏDƏ DƏ İFADƏ VERMƏLİDİR...

NETANYAHUNUN TRAMPIN İNAUQURASİYASINA GEDƏCƏYİ GÖZLƏNİLİR, LAKİN MƏHKƏMƏDƏ DƏ İFADƏ VERMƏLİDİR...

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 20-də ABŞ-a səfər etmək niyyətindədir.

ƏSƏDİN GƏLƏCƏK TALEYİ BƏLLİ OLDU

ƏSƏDİN GƏLƏCƏK TALEYİ BƏLLİ OLDU

Moskva Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç kimə təslim etməyəcək, onu Rusiyada şərəfli qocalıq gözləyir.

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-XII HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-XII HİSSƏ

Qəbrüstü nəğmə            “Orada bir məzar adası və bu adada gəncliyimin məzarları var. Mən oraya həyatın həmişəyaşıl çələngini aparcağam.”         ...

RUSİYA XİN ƏSƏDİN İSTEFA QƏRARINI AÇIQLAYIB

RUSİYA XİN ƏSƏDİN İSTEFA QƏRARINI AÇIQLAYIB

Suriya prezidenti Bəşər Əsəd Dəməşqə doğru irəliləyən silahlı qruplarla danışıqlardan sonra istefa verib və ölkəni tərk edib.

TƏKZİBOLUNMAZ HƏQİQƏT: ÖZLƏRİNİ "ERMƏNİ" ADLANDIRAN ARAMƏNİLƏR!- 1-Cİ HİSSƏ

TƏKZİBOLUNMAZ HƏQİQƏT: ÖZLƏRİNİ "ERMƏNİ" ADLANDIRAN ARAMƏNİLƏR!- 1-Cİ HİSSƏ

Müəllufdən: Azərbaycanın Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah tərəfindən aramənilərə 1441-ci ildə hədiyyə edilmiş Eçmiədzin (Üç müəzzin).  BAKI ...

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA GÖRÜŞƏCƏK

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA GÖRÜŞƏCƏK

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək.

SURİYA PREZİDENTİ ƏRDOĞANLA GÖRÜŞDƏN NİYƏ İMTİNA EDİB?

SURİYA PREZİDENTİ ƏRDOĞANLA GÖRÜŞDƏN NİYƏ İMTİNA EDİB?

Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünə müsbət cavab verməyib. Türkiyə lideri bu barədə danışıb. Tezadlar.az x...

SAXTA MƏHKƏMƏ İDDİALARINDAN ƏL ÇƏKMƏYƏN ERMƏNİSTAN...

SAXTA MƏHKƏMƏ İDDİALARINDAN ƏL ÇƏKMƏYƏN ERMƏNİSTAN...

Bu gün dekabrın 6-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müa...

UKRAYNA MÜNAQİŞƏSİ BİTDİKDƏN SONRA ZELENSKİNİN TALEYİ NECƏ OLACAQ? – AÇIQLAMA

UKRAYNA MÜNAQİŞƏSİ BİTDİKDƏN SONRA ZELENSKİNİN TALEYİ NECƏ OLACAQ? – AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski münaqişə bitdikdən sonra çox güman ki, dövlət başçısı vəzifəsini dayandıracaq.

MEDİA

08-Dek-2024 By Asif Memmedov

TƏKZİB…

Müəllufdən: Azərbaycanın Qaraqoyunlu dövlətinin hö

Detay

Bəzi insanlar haqqında söz demək, yazmaq çətin olur. Həyatını ha vərəqləyirsən, “izinə-tozuna” rast gəlmirsən ki, qələmin üçün bir tutalqa olsun. Bu ara “mod” olmasa da, Lenindən bir sitat yada salıram. O deyirdi ki, mən hüquqşünasam, ancaq faktı sevirəm. Yəni, bir şəxsin ömür səlnaməsində yaxşı işləri, xeyirxah əməlləri, el-oba sevgisi qazandırmış fəal vətəndaş mövqeyi varsa, belə insanlar haqqında yazmağa nə var ki! Çünki belə insanlar zənginliyi ilə örnək ola biləcək tərcümeyi-hallarını əməlləri ilə özləri  yazırlar.  Qalır onu geniş oxucu kütləsinə çatdırmaq. Elə Allahverdi Nəsiboğlu haqqında da eləcə...

Allahverdi Nəsib oğlu Məmmədov - 65 illik şərəfli ömür yolu keçmiş adlı-sanlı müəllim! Pedaqoji sahədə çalışan hər bir müəllimin arzusunda olsa da, hər adamın sahib olması xəyal kimi görünən savad, hörmət və nüfuz sahibi olan, əvvəl Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində, 1994-cü ildən sonra isə rayonda məzunlarının göstəriciləri ilə rayonun qabaqçıl məktəbləri sırasında olan 68 saylı Ağdam köçkün tam orta məktəbində coğrafiya müəllimi və tədris işləri üzrə direktor müavini olan müəllim! Şagird və valideynlər yanında ən böyük qazancı hörmət, nüfuz, etibar, dövlət səviyyəsində isə zəhmətinin bəhrəsi 80-ci illərdə “Baş müəllim”, “İlin ən yaxşı müəllimi”,  “Tərəqqi” medalı, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adlara layiq görülən Allahverdi müəllim! Ən başlıcası, işlədiyi kollektivin, dərs dediyi şagirdlərinin sevimlisi olan və respublikanın təhsil tarixinə adı yazılmış Nəsiboğlu! Dost-tanış yanında, mötəbər məclislərdə müəllimliyindən danışılanda yadıma klassik pedaqoqlardan Makarenkonun “Ürəyimi uşaqlara verirəm” əsərini xatırladığım Allahverdi müəllim!

Bəli, ürəyini dərs dediyi şagirdlərinə verməyi, onların taleyi olmağı bacarmayan müəllim heç zaman Nəsiboğlu kimi şagirdlərinin nə sevgisini qazana bilər, nə fənnini sevdirə bilər, nə də övladlarının təlim-tərbiyəsini ona etibar etmiş valideynlərin nəzərində müqəddəs müəllim ucalığına yüksələ bilər.           

Mərzili kənd orta məktəbində çiyin-çiyinə işlədiyimiz vaxtlardan Allahverdi müəllimin yanına təşəkkür və minnətdarlığa gələn valideynləri yaxşı xatırlayıram. İndiki yaşında olduğu kimi, gəncliyinin o çağında da təşəkkürlərdən qürurlanırdı, amma qürrələnmirdi, fərəhlənirdi, amma təkəbbürdən uzaq olmaqla. Düşünürəm ki, əgər belə olmasaydı, o, nə işlədiyi kollektivin, nə şagird və valideynlərin nəzərindəki ucalığı qazanardı, nə də həmkarlarının etimadı əsasında rəsmi təltiflərə, fəxri adlara  gedən yolu açıq olardı.  İnanıram ki, bu rəsmi adların verilməsində Allahverdi müəllim haqqında pedaqoji ictimaiyyətin, eləcə də təmasda olduğu cəmiyyət üzvlərinin rəyinin çox mühüm rolu olmuşdur.

img-20240409-wa0002

Mənim bu yazdıqlarım ruhunda, canında müəllimlik olan Nəsiboğlunu mədh etmək deyil, layiq olduğunu, necə deyərlər, üzünə deməkdir. Bir müdrikin deyimini xatırladıram. Orada deyilir ki, nökəri, qulu iş görəndən sonra, oğulu dostlarının yanında, arvadı öləndən sonra, müəllimi üzünə təriflə. Allahverdi müəllim hər cür tərifə də, təltifə də layiq olduğunu əlinə sinif jurnalı aldığı 1977-ci ildən bu günə qədər məsuliyyətli işi ilə, əməli ilə, nizam-intizama sayğısı ilə, çalışdığı pedaqoji kollektivlərdə qazandığı hörmət və nüfuzu ilə sübut etmişdir.

Təhsil şagirdlərə məlum olan biliyi öyrədirsə, elm məlum olmayanları öyrədəndir. Allahverdi müəllimin hər bir dərsi hər iki kompanenti şagirdinə eyni vaxtda çatdıran yaradıcı prosesdir.  Ona görə də deyə bilərəm ki, Allahverdi müəllim şagirdinə öyrənməyi öyrədən müəllimdir.  Onun yenilikçiliyi tədris işində hər addımda hiss olunmaqdadır. O, bilir ki, belə olmasa, görülən iş, atılan addım sürətlə dəyişən zamandan geri qalacaqdır.

Vətənsevərliyini bildiyimdən onu da deyə bilərəm ki, Allahverdi müəllimlə vətəni bölüşmək olar, etibar etmək olar. Onun şagirdlərinə də, nəvələrinə də olan tovsiyələrinin mahiyyətində elə bu müqəddəs anlam durur...

***

Allahverdi Nəsib oğlu Məmmədov 1959-cu ilin xoş bir bahar günündə  Mərzili kəndində anadan olub. Ailədə 5 bacı, 4 qardaş olublar (Ballı, Güllü, Qızbəs, Bənövşə, Allahverdi, Vəkil, Vəzir, Vaqif). Tanrı olduqca sadə, zəhmətkeş Nəsib kişiyə, həyat yoldaşı Şamaxı İsmayılqızına Allahverdini verməklə onlara ilk oğul övladının sevincini yaşamağı qismət etmişdi... Allahverdinin oxumaq həvəsi onun 6 yaşından məktəbə getməsinə səbəb olmuş və o, adlı-sanlı Mərzili kənd orta məktəbinin məzunu olmuşdur (1965-1975).  Allahverdinin hər yay tətilini Dəlidağ yaylaqlarında keçirməsi, onun təbiət vurğunu olması, ali təhsil üçün də BDU-nun çoğrafiya ixtisasını seçməsi üçün ən azı mühüm səbəblərdən olmaya bilməzdi. Necə deyərlər, hər şey vaxtın əlində, qismət isə baxtın əlində. Bununla da Allahverdi bütün həyat illərini sevdiyi, seçdiyi ixtisası ilə gənc nəslin təlim-tərbiyəsi yolunda vərəqləməyə başladı ki, aprel ayının 28-də şərəflə yaşadığı ömrünün 65-ci səhifəsini qatlamış olur...

Allahverdi müəllim nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Tərlan xanımla bir oğul, iki qız böyüdüblər. Hər biri də təhsilli, cəmiyyətdə yeri olan övladlar...

Allahverdi müəllim pedaqoq kimi sevilib, seçilib həmişə. Onun yenilikçi müəllim kimi qiymətləndirilməsini, təltiflərini zəngin avtobioqrafiyasının yuvarlaq səhifəsi kimi “Təzadlar”ın oxucularına təqdim edirəm: Allahverdi müəllim 1982-ci ildə Ağdam rayonu üzrə coğrafiya olimpiadası komissiyasına, 1986-cı ildə həmin komissiyanın sədri seçilib, 1987-ci ildə “Baş müəllim”, 1991-1992-ci tədris ilində Ağdam rayonu üzrə “İlin ən yaxşı müəllimi”, 2004-cü ildə “Sabah” Beynəlxalq Xalq Humanitar Təşkilatının Qarabağ zonası üzrə təhsil şöbə müdiri, 2006-cı ilin oktyabrında “Tərəqqi” medalı ilə təltif olunub,  2018-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2018-ci ildə Azərbaycan müəllimlərinin XV qurultayına nümayəndə seçilib, 2018-ci ildə müxtəlif qəzet səhifələrində, bir çox kitablarda çap olunmuş bədii-publisistik məqalələrinə görə “Qızıl qələm” media mükafatına layiq görülüb, bir çox kitablarda haqqında maraqlı yazılar yer alıb (“Ağdamın görkəmli ziyalıları”, “Azərbaycan ziyalıları”, “Xudu Məmmədov adına Mərzili kənd orta məktəbi-adı ilə qürur duyduğumuz müqəddəs təhsil ocağı”)  və s.

img-20240409-wa0003

Əminliklə deyə bilərəm ki, A.Nəsiboğlunun xarakter saflığı onun ailəsindən, anadan olduğu kəndin adət-ənənəsindən, respublikada tanınan Mərzili kənd orta məktəbində aldığı təhsil və tərbiyədən asılıdır. O, tərəkəmə adət-ənənələrinin hakim əxlaqi dəyərlər olduğu mühitdə böyüyüb. O mühitdə ki, mayası Dəlidağın, Qaranlıq yaylağının havasından, bulaqlarının suyundan, təmiz qidalarından tutulub. Yaylaq havasının təmizliyi, sularının saflığı Nəsiboğlunun hafizəsinin möhkəmliyində, yaddaşının itiliyində bu yaşında da aparıcı amil hesab etmək olar.  Onun bir dəfə oxuduğu və ya dinlədiyi şeirin yadında qaldığını görməsəm, bilməsəm, belə düşünmərəm...

Mənə elə gəlir ki,  bu gün Mərzili kəndinin yetirmələri olan, dahi Xudu Məmmədov  başda olmaqla 46 alimi (6 nəfəri xanım olmaqla), 700-ə yaxın ali təhsillisi, onlarca şair və yazıçısı, mədəniyyət və incəsənət nümayəndəsi bu kəndin əsrləri geridə qoyan təbii mühitin bir parçası olması, təbiətlə qol-boyun olması ilə bağlıdır.

***

Allahverdi müəllim 30 illik köçkünlük dövrünün ağrılarını ruhən hiss edən, qəlbən çəkən ziyalılarımızdandır. Çünki o, bəzi adamlar kimi ancaq itirdiyi isti yuvasını, o zamanlar üçün həqiqətən də təmtaraqlı evlərini, illərlə qurub-yaratdıqlarına acımır, təəssüflənmir, o, bir ziyalı kimi köçkünlüyü bütöv bir xalqın faciəsi kimi, milli kədər səviyyəsində qəbul edir.  Nəsiboğlu bir ovuc erməninin iddialarının kökünün “Gülüstan”dan, “Türkmənçay”dan rişələndiyini düşünübdü həmişə. Bu da aydındır, dahilərimizin birinin sözüdür, deyir ki, bütün əsrlərdə hər bir xalqın problemləri onun ziyalılarının çiynində gedir...

A.Nəsiboğlunun həssas, kövrək ruhlu olması əhatəsində olduğu hər kəsə bəllidir. Onun hər kəsi olduğu kimi qəbul etməsinə görədir ki, çoxsaylı dostları vardır. Ona görə də bəzən dostun sayı bir neçə ola bilər - fikrini inkar edir Allahverdi müəllim. Çünki o, dost üçün yanandı, dost “yandıran” deyil. Onun dilində ən çox mərhum dostumuz Qələndər Xıdırovun, Baxşeyiş Əliyevin, eləcə də Valeh Baxşəlinin, Rəhim Məmmədovun, Qaryağdı Quliyevin və daha neçə-neçə müxtəlif sosial təbəqələrin nümayəndələrinin adlarını eşitmək olar.  Allahverdi müəllimin insanlara münasibətindəki prinsipi belədir: axı, insanlara verilən sevginin qarşılığı elə sevgidir!..

Allahverdi müəllim folklorumuzdan qaynaqlanan söz, fikir “yükünə” malik ziyalıdır. Hər kəs onu təkcə gözəl şeir nümunələrinin, zərb-məsələlərin həvəskarı, bilicisi kimi yox,  eyni zamanda əsl poeziya vurğunu kimi tanıyır. Mənə elə gəlir ki, bu da onun tərəkəmə mühitində, təbiət qoynunda, Dəlidağın füsunkar gözəlliklərinin qoynunda böyüməsi və o saf, təmiz ruhu bu gün də özündə hiss etməsi ilə bağlıdır.

Bir sözlə, Allahverdi müəllim üçün doğma el-obadan  kənarda hər yer onun üçün qəriblikdir. Onun 1993-cü ildən bu günədək olan dualarının əvvəli də, axırı da Qarabağa, doğma Mərziliyə dönmək arzuları ilə bağlıdır. Çox şükür ki, onun duaları hasil olundu, torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə isə antiterror əməliyyatı nəticəsində təmamilə azad oldu... Mən arzu edirəm ki, Allahverdi Nəsiboğlu növbəti ad günlərini, yubileylərini, nəvə-nəticə toylarını Mərzilidə keçirmək qismətini yaşasın. Və həmin günlərin gerçəkliyinə ümid etməməyə də haqqım yoxdur. Çünki “niyyətin hara, mənzilin ora” deyən babalarımızın sözlərinə həmişə inanmışam.

Hər kimin ruhunda, canında qurmaq, yaratmaq, peşəsi ilə xalqına təəssübkeşliklə xidmət etmək həvəsi, qüdrəti varsa, o insanların da təbii olaraq tarixdə qalmaq arzusu da var. Bəlkə də insan özü də hiss etmədən, o arzu insanı qurub yaratmağa, milli, bəşəri dəyər ola biləcək işlər görməyə sövq edir. Yaxşı müəllimin də yetişdirdiyi şagirdi, tələbəsi onun milli sərvətə çevirilən məhsulu deyilmi? Bu yanaşma ilə, Allahverdi Nəsiboğlu milli sərvət sayılacaq nə qədər şagirdin taleyinə iz salıb, iş görüb? 40 ildən çox bir müddət, pedaqoji fəaliyyət üçün dəqiq rəqəm söyləmək çox çətindir. Bundan sonra da Allahverdi müəllimə yaradıcı, peşəkar, savadlı pedaqoqdan  umduğumuz fəaliyyət arzulayıram. Bunun üçünsə,  həvəs də var, təcrübə də var, enerji də var... 

Yusif MİLLƏTOĞLU,

şair-publisist, AYB-nin üzvü

 

Pin It

CƏMİYYƏT

06-Dek-2024 By Asif Memmedov

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ DAİR SƏNƏDLƏRİ TƏQDİM…

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namiz

03-Dek-2024 By Yasemen Memmedov

"AZƏRAVTOYOL" AĞDAM-ƏSGƏRAN-XOCALI-XANKƏNDİ YOLUNUN TİKİNTİSİNİ SÜRƏTLƏ…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağda

03-Dek-2024 By Elbar Şirinov

ATOM BOMBASININ YARADICISININ NƏVƏSİ: DÜNYANI…

Çarlz Oppenheymer dünyanın heç vaxt nüvə silahında

SİYASƏT

09-Dek-2024 By Yasemen Memmedov

NETANYAHUNUN TRAMPIN İNAUQURASİYASINA GEDƏCƏYİ GÖZLƏNİLİR…

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 20

09-Dek-2024 By Elbar Şirinov

ƏSƏDİN GƏLƏCƏK TALEYİ BƏLLİ OLDU

Moskva Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç

08-Dek-2024 By Elbar Şirinov

RUSİYA XİN ƏSƏDİN İSTEFA QƏRARINI…

Suriya prezidenti Bəşər Əsəd Dəməşqə doğru irəlilə

07-Dek-2024 By Elbar Şirinov

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA…

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Frans

06-Dek-2024 By Elbar Şirinov

SURİYA PREZİDENTİ ƏRDOĞANLA GÖRÜŞDƏN NİYƏ…

Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəc

MƏDƏNİYYƏT

09-Dek-2024 By Asif Memmedov

XALQ ŞAİRİ NƏBİ XƏZRİNİN YUBİLEYİNƏ…

Xalq şairi Nəbi Xəzrinin yubileyinə həsr olunmuş v

07-Dek-2024 By Yasemen Memmedov

DAHA BİR MÜĞƏNNİMİZ SİBEL CANA…

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib. 

07-Dek-2024 By Yasemen Memmedov

"TƏBİƏTİN NƏFƏSİ" ADLI SƏRGİ NÜMAYİŞ…

Dekabrın 6-da YAP Yasamal Rayon Təşkilatı və Beynə

06-Dek-2024 By Elbar Şirinov

MÜƏLLİMLƏRİN BİLİK VƏ BACARIQLARININ ÖLÇÜLMƏSİ…

Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət m

06-Dek-2024 By Asif Memmedov

İNSANİ DÜNYA – İNSANİLƏŞƏN DÜNYADIR

  İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) b

05-Dek-2024 By Yasemen Memmedov

ELZA SEYİDCAHAN DEPUTAT OLMAQDA İSRARLIDIR:…

Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan m

KRİMİNAL

09-Dek-2024 By Elbar Şirinov

NARKOTİKLƏ BAĞLI TUTULAN MÜTƏŞƏKKİL DƏSTƏNİN…

Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha

06-Dek-2024 By Elbar Şirinov

QUBADA 102 MİN MANATLIQ DƏLƏDUZLUQ…

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq

05-Dek-2024 By Yasemen Memmedov

QIRĞIZISTANDA MTDK ERMƏNİSTAN NÖMRƏLİ AVTOMOBİLLƏRLƏ…

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dö

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

09-Dek-2024 By Yasemen Memmedov

ANAMA ƏMƏKDAŞLARI QƏZAYA DÜŞÜBLƏR -…

TEZADLAR.AZ xəbər verir ki, hadisə rayonun Horadiz

09-Dek-2024 By Elbar Şirinov

"MOBİL NOTARİAT"IN VEB-SAYT VERSİYASI İSTİFADƏYƏ…

Notariat xidmətlərinin bütün növ platforma istifad

09-Dek-2024 By Elbar Şirinov

ZAKİR HƏSƏNOV TÜRKİYƏLİ HƏMKARINA BAŞSAĞLIĞI…

Azərbaycan Respublikasının müdafiə naziri general-

09-Dek-2024 By Elbar Şirinov

HƏRBİ HELİKOPTER QƏZAYA UĞRAYIB, DÖRD…

Türkiyənin İsparta vilayətində Türkiyəyə məxsus hə

09-Dek-2024 By Elbar Şirinov

YOL POLİSİ ÜÇÜN AVTOMOBİL SİFARİŞ…

Moskvada məhkəmə yol polisi üçün avtomobil sifariş

09-Dek-2024 By Elbar Şirinov

QUŞ QRİPİ XƏSTƏLİYİNƏ QARŞI EPİZOOTOLOJİ…

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dö

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

03-Dek-2024 By Elbar Şirinov

QOYUN ƏTİ QUZU ƏTİ İLƏ MÜQAYİSƏDƏ…

Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox i

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

09-Dek-2024 By Elbar Şirinov

ADSEA …

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əmək

TƏHSİL

04-Dek-2024 By Yasemen Memmedov

MƏKTƏB…

Məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafat