booked.net booked.net  

Fransanın kəşfiyyat xidmətləri terror təhlükəsi səbəbindən Parisdə Olimpiya Oyunlarının açılışını ləğv etməyi tövsiyə edir.

Tezadlar.az bildirir ki, bu barədə “Europe1” radiostansiyası ölkənin baş daxili təhlükəsizlik idarəsindəki mənbələrə istinadən xəbər verir.

Oyunların açılışı günü daxili işlər naziri Gerard Darmaninin koordinasiyalı hücum ssenarisi təhlükəsi ilə bağlı məlumatlandırılması gözlənilir.

Nəşr bildirir ki, təhlükəsizlik xidmətləri Sena sahilində idmançıların paradının hazırkı formatını çox riskli hesab edir.

Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi fərdi neytral idmançı kimi çıxış edəcək ruslar və belarusların 2024-cü il oyunlarının açılış mərasimində iştirak edə bilməyəcəklərini açıqlamışdı.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN