Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Tezadlar.az prezident.az saytına istinadla bildirir ki, Ukrayna prezidenti özünün “X” hesabında İlham Əliyevə xalqın rifahı naminə gələcək uğurlu və səmərəli fəaliyyət arzulayıb: “İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Sizə Azərbaycan xalqının rifahı naminə gələcəkdə uğurlu və səmərəli fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı qaydada dəstəyəklənməsini yüksək qiymətləndirirəm. Ölkəmizin azadlıq mübarizəsi apardığı tarixi bir dövrdə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq. Prezident Əliyevlə şəxsi konstruktiv və etimadlı münasibətləri, razılaşmaların yerinə yetirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm. Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji münasibətlər yalnız möhkəmlənəcək”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN