booked.netbooked.net booked.net  

"Bu medallar Rusiya və İran arasında nizamlanma prosesinin - Türkmənçay müqaviləsinin 150 illiyi ilə əlaqədar 1978-ci ildə buraxılıb"

Milli Məclisin Xankəndi şəhərindən olan deputatı Tural Gəncəliyev ermənilərin Azərbaycanın Qarabağ bölgəsində ilk dəfə məskunlaşmasının 150 illiyinə həsr olunmuş xatirə medallarının fotosunu paylaşıb.

Tural Gəncəliyev bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"Bu medallar Rusiya və İran arasında nizamlanma prosesinin - Türkmənçay müqaviləsinin 150 illiyi ilə əlaqədar 1978-ci ildə buraxılıb", - deyə o, paylaşımında yazıb.

Xatırladaq ki, vaxtilə Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

Məşhur rus diplomatı Aleksandr Qriboyedov - Rusiya İmperiyasının İrandakı səfiri ermənilərin cənubi Qafqaza köçürülməsində aktiv iştirak etmişdir.

Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar"...

... Bəli, ermənilər nəinki tarixi Azərbaycan torpaqlarında məskunlaşdılar, yavaş-yavaş azərbaycanlıları da öz doğma yurd-yuvasından sıxışdırıb çıxarmağa başladılar. Hələ üstəlik, İrəvanı paytaxt edib, özlərinə Ermənistan dövləti də yaratdılar... Azərbaycanın böyük bir ərazisini də ələ keçirdilər. Gün gəldi, Qarabağı da işğal etdilər və 30 ilədək əsarətdə saxladılar...

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN