booked.net booked.net  

…Dəfələrlə yazılıb, yazılır və yazılacaq ki, Azərbaycana nə olub ki, azərbaycanlı pullular vətəni qoyub gedirlər qərib ölkələrdən özünə mülk almağa???

Məgər oraların havası Şuşanın av-havasındanmı qəşəngdir, təmizdir, safdır??? Xaricdə daşınmaz əmlak almaq o deməkdir ki, həmin o keçmiş və indiki məmur artıq xaricə daşınıb-nəsli, kökü və qohum-əqrabası ilə!

 Bu birmənalıdır. Amma həm də sual verməli oluruq ki, niyə bu adamlar, yəni mülk alanlar həmin valyutaya Azərbaycanda mülk almasın, ev tikməsin, ölkənin banklarına pul yatırımı etməsin?! Təsəvvür edin, belə olarsa, banklarımızın valyuta dövriyyəsi on, yüz milyardlara çatar. Amma çatmır. Çünki bəzilərində Azərbaycanın puluna sevgisi var, amma özünə sevgisi çatmır…

***

 Sözümün mənası budur ki, dəfələrlə yazmışam, Azərbaycan hakimiyyəti maliyyə amnistiyası tətbiq edərək bu xaricə puldaşıyanların pullarına bəraət verməli və deməlidir ki, məsələn, ay deputat, ay nazir, ay nazir oğlu, gəl Azərbayanın Qarabağında mülk al, Şuşada, Kəlbəcərdə, Ağdamda, Laçında, Suqovuşanda, Zəngilanda… ev tik, ötel qur! Hakimiyyət hələki demir, puldaşıyanlar isə hələki öz işindədir. Amma inanıram ki, bu tezliklə baş verəcək! Çünki hakimiyyət bağışlayandır, ürəyi yumşaqdır və həm də ürəyi genişdir!

 Deputat dedim, Cavanşir Feyziyev yadıma düşdü. Daha doğrusu, deputatın adaşı- tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yadıma saldı. Jurnalistin yazır ki, Bloomberg Agentliyinin iddiasına görə, «…çirkli pulların yuyulması ilə əlaqədə şübhəli bilinən azərbaycanlı siyasətçi Londonda 26,5 milyon funt-sterlinqə (34,5 milyon dollar və ya 58.3 milyon manat) iki dəbdəbəli iqamətgah alıb, məhz buna görə onun ailə üzvlərinin Böyük Britaniyadakı bank hesabları Krallıqda araşdırılıb və vəsaitləri dondurulub. Söhbət Milli Məclisin deputatı Cavanşir Feyziyevdən gedir. Qeyd olunur ki, Feyziyev 2019 və 2020-ci illərdə eksklüziv «Chelsea Barracks» kompleksindəki mənzilləri öz adına alıb…» (Çirkli pul, çirkli niyyət! Bir-birini necə də tamamlayır!.A.M.)

 Gəlin inanaq ki, qərib ölkədə o qorxu-həyacan içində yaşanılan dəbdəbəli həyatdansa, Vətəndə orta səviyyəli bir evdə sadə həyat yaşamaq əsl yaşamaqdır! Axı ömrümüzün yaşam limiti nə qədərdir ki, hələ bir onu da qərib ölkədə, həyacan içində, məhkəmə qapılarında… xərcləyək?!

Asif Mərzili

P.S.Sonuncu sual: Azərbaycandan xaricə daşınan milyardlarla valyuta yerin altından gedir, yoxsa üstündən? Altından neft kəməri gedir, bunu bilirik... Üstündən keçib gedirsə, bəs Dövlət  Sərhəd Xidmətinin, Gömrük Postlarımızın... gözünün qabağından neçə keçir??? 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN