booked.netbooked.net booked.net  

Amerika Kosmik Agentliyi NASA Ukraynada işıqların kəsilməsinin peyk görüntüsünü dərc edib.

Bu, ölkənin tam qaranlığa qərq olduğunu göstərir. Ukrayna ərazisi noyabrın 24-nə keçən gecə kosmosdan görüntülənib, ətrafı Rusiya da daxil olmaqla qonşu ölkələrin parlaq işıqlı şəhər və qəsəbələri əhatə edib.

Ukrayna prezidenti Vladimir Zelenski enerji sektorunda vəziyyəti ağır adlandırıb. Ukraynanın demək olar ki, bütün regionlarında elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanmaqda davam edir. 15 rayonda su təchizatında problemlər var.

Ukrayna liderinin sözlərinə görə, altı milyondan çox insan işıqsız qalıb. DTEK enerji holdinqinin baş direktoru Aleksandr Fomenko bildirib ki, Kiyev elektrik enerjisi ilə cəmi 30 faiz təmin olunub. O qeyd edib ki, Ukrayna paytaxtının evlərində elektrik enerjisi səkkiz saatlıq fasilə ilə üç-dörd saat verilir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN