Ermənistan və Gürcüstan dəmiryolçuları tarif siyasətini razılaşdırıblar.
Hansı ki, bu siyasət çərçivəsində taxıl yüklərinin, şəkər qamışının, sementin və sement klinkerinin daşınması tariflərinin səviyyəsi müəyyən edilib. Bu barədə “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu, “Gürcüstan Dəmir Yolu” şirkətlərinin baş direktorları David Peradze və “Cənubi Qafqaz Dəmir Yolu” Aleksey Melnikov arasında aparılan danışıqlarda əsas məsələlərdən biri olub.
Tərəflər konteynerlərdə yüklərin daşınması tariflərini də dəyişiblər.
Bundan əlavə, görüşdə beynəlxalq sərnişin daşımalarının inkişafı müzakirə olunub. O cümlədən, tərəflər 2023-cü ilin yayında İrəvan-Batumi-İrəvan beynəlxalq sərnişin qatarının gündəlik fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.
Qeyd edilir ki, 2023-cü ilin birinci rübündə marşrut üzrə gömrük və sərhəd nəzarəti prosedurlarının təşkili üçün GDY, CQDY, Gürcüstan və Ermənistanın gömrük və sərhəd orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.
JASMİN