booked.netbooked.net booked.net  

Həmişə olduğu kiki, bu səhər də Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb...

Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadla bildirir ki, bu dəqiqələrdə sürücülərin aşağıdakı yollardan 

istifadə etməsi məsləhət deyil:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Beləliklə, alternativ yollardan istifadə təklif edilir, lakin Bakının əsas yolları bu siyahıda verilibsə, daha sərbəst hərəkət üçün yol qalmayıb. Odur ki, sürücü və sərnişinlərə, xüsusən də işə, məktəbə, ali təhsil ocağına, xəstəxanaya... tələsənlər son dərəcə səbrli olmalıdırlar!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN