booked.netbooked.net booked.net  

Gürcüstanda nə baş verdiyini heç ölkənin faktiki rəhbərliyi də baş çıxarmaqda çətinlik çəkir...

Elə bu səbəbdən də ABŞ administrasiyası hesab edir ki, Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbulu respublikanın Avropa İttifaqına (Aİ) daxil olmaq cəhdlərinə mənfi təsir göstərəcək. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib. “Biz bu qanunun qüvvəyə minəcəyi təqdirdə, Gürcüstan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarını, habelə Gürcüstan vətəndaşlarını məlumatlandırmaq üçün Gürcüstanda fəaliyyət göstərən KİV-ləri ləkələyə biləcəyindən dərin narahatıq”, - deyə Amerikanın rəsmi nümayəndəsi bildirib. Onun sözlərinə görə, Vaşinqton Tbilisini “bu qanun layihəsinin Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmədiyi və şübhəsiz ki, Gürcüstanın Aİ-yə doğru hərəkətinə mənfi təsir edəcəyi barədə xəbərdarlıqlara” qulaq asmağa çağırır.

Ölkədə isə məlum qanun layihəsinin müzakirəsi siyasi qalmaqallara yol açıb... Necə deyərlər, indi siyasi rəhbərlik aşağı baxır-saqqaldır, yuxarı baxır bığdır!  Məsləhətlərə isə qulaq asan yoxdur...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN