booked.netbooked.net booked.net  

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.

Tezadlar.az bildirir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili parlament bürosunun iclasında məlumat verib.

“Biz seçki məcəlləsində gender kvotası ilə bağlı dəyişikliklərlə bağlı veto almışıq, biz bu məsələni hüquqi məsələlər komitəsinə verəcəyik, o da bu məsələyə baxacaq və yalnız bundan sonra onu plenar iclasa çıxaracağıq”, - Papuaşvili bildirib.

Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.

Aprelin 4-də Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib. Sənədin təşəbbüskarı müxalifətdə olan “Girçi” siyasi qrupudur. Seçki Məcəlləsinin hazırkı maddəsinə əsasən, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin partiya siyahılarında deputatlığa namizədlərdən hər dördündə ən azı bir qadın olmalıdır. Təşəbbüskarların fikrincə, Gürcüstanda qadınlar siyasi karyeralarında heç bir maneə ilə üzləşmirlər və xüsusi kvota tələb etmirlər. Və qanunvericilikdə kvotanın olması ölkədə qadınların guya sıxışdırıldığına dəlalət edir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN