booked.netbooked.net booked.net  

Almaniya hakimiyyəti Rusiya tərəfinin SSRİ-də Böyük Vətən Müharibəsi zamanı nasistlərin törətdikləri cinayətlərin soyqırım aktı kimi tanınması tələbi ilə göndərdiyi notaya məhəl qoymayıb.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Almaniya hakimiyyəti bu ilin martında Rusiya səfirliyinin Almaniya Xarici İşlər Nazirliyinə Böyük Vətən Müharibəsi zamanı nasistlərin törətdikləri cinayətlərin soyqırım aktları kimi tanınması tələbi ilə göndərdiyi notaya hələ də cavab verməyib”, - o deyib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Almaniya Leninqradın mühasirəsini soyqırım kimi tanımalı və sağ qalanların hamısına pensiya ödəməlidir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN