booked.netbooked.net booked.net  

 Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, anım mərasimində qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Veteran Tankçılar İctimai Birliyinin üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin, Dağ Yəhudilər İcmasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və digər iştirakçılar əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Şəhidin ruhunu şad etmək və xatirəsini anmaq məqsədilə məzarı başında dualar oxunub.

Sonra mərasim Albert Aqarunovun abidəsi önündə davam etdirilib.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanın dünyada dini müxtəlifliyin harmoniyasının özündə əks etdirən dövlət olduğunu qeyd edib: “Bu gün Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun anım günüdür. Vətən müharibəsində qələbənin əsasını məhz Birinci Qarabağ müharibəsinin qəhrəmanları qoymuşdular. 44 günlük savaş zamanı bunun şahidi olduq. Azərbaycan bu müharibədə möhtəşəm qələbə qazandı. Bu gün bizlərə bu müstəqilliyi bəxş edən şəhidlərimiz, qazilərimiz, şanlı Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyevdir”.

“Çox şadam ki, xalqımız Albert Aqarunovu heç biz zaman unutmur. Hətta İsrailin mətbuatında da onun haqqında da məqalələrə rast gəlirik. Bu yaxınlarda Şuşada Albert Aqaranovun şəhid olduğu yeri tapdıq. Şuşanın azadlığı uğrunda döyüşən Albertin Aqarunovun şəhid olduğu yerə lövhə qoyulması üçün müvafiq dövlət orqanına müraciət etmişik. Biz xalqımızın şəhidləri və qaziləri ilə fəxr edirik”, - deyə Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov bildirib.

Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib: “Bu gün Alberti xatırladığınız üçün tədbir iştirakçılarına təşəkkür edirəm. Qardaşım çox sakit və mərd insan olub. O, müharibə zamanı Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək canını Vətən üçün fəda etmişdi”.

 

AzərTac

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN