booked.netbooked.net booked.net  

...Bəzən ağılsız və düşünülməmiş hərəkətlər sonra azadlıqdan məhrum edilməklə sonunclanır...

Hadisə Gürcüstanda baş verib... Belə ki, Xüsusi İstintaq Xidmətinin əməkdaşları 27 yaşlı gənci şəxsi həyat sirrini pozmaq faktı üzrə həbs ediblər. 24News.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, Tbilisidə yaşayan 1996-cı il təvəllüdlü təqsirləndirilən şəxs əvvəllər Tbilisidə kirayədə qaldığı mənzildə tanış olduğu 2001-ci il təvəllüdlü zərərçəkmiş qızla sevgi/intim münasibətdə olub. Görüş zamanı zərərçəkmiş şəxs telefonu ilə könüllü olaraq həmin şəxsin intim fotolarını çəkib. 2024-cü ilin mart ayında təqsirləndirilən şəxsdən ayrıldıqdan sonra zərərçəkmiş qadın rəfiqəsi ilə çəkdirdiyi şəkli İnstaqram sosial şəbəkəsində yerləşdirib, buna görə təqsirləndirilən şəxs qısqanclıq zəminində ona zəng edib və onu şifahi təhqir edib. Həmçinin, həmin gün zərərçəkmiş qadına məlum olub ki, saxlanılan şəxs onun intim şəkillərini “Telegram” sosial şəbəkəsindəki qrupların birində paylaşıb. Zərərçəkmiş müraciət etdikdən sonra Xüsusi İstintaq Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Təqsirləndirilən şəxsin mobil telefonuna şəxsi baxış zamanı zərərçəkmiş qadının təsvir olunduğu intim məzmunlu material, o cümlədən müttəhimin qadının şəxsi həyatına aid intim fotolarını paylaşdığı 2500 istifadəçidən ibarət Telegram qrupu aşkar edilib. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycanda da belə qalmaqallı hadisələr baş verir... Elə iki il əvvəl FHN zabiti xidməti iş yerində xanımlarla görüş təyin edərək qanunsuz hərəkətlərini videokameraya çəkib sonradan yayılmasına səbəb olmuşdu... Sonradan isə o həbs edildi və  həm iş yerini itirdi, həm də azadlığını... 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN